Qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı - FOTO

Hazırda oxunan: Qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı - FOTO

89140

Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanlarla birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilmiş reyd zamanı Həsən Məcidov küçəsi 65 ünvanında “Zəngəzur ət”, Akim Abbasov küçəsi 16 ünvanında “Qara Dana”, Akim Abbasov küçəsi 68A ünvanında “Ağcabədi-Bərdə heyvanları”, Zahid Xəlilov küçəsi 83-85 ünvanında “Halal kəsilmiş dana və quzu əti” məntəqələrində heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən, yol kənarlarında qanunsuz olaraq quraşdırılan dəmir konstruksiyalar sökülərək qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin