Bakıda doğulan beşəmlərin SON VƏZİYYƏTİ 

Hazırda oxunan: Bakıda doğulan beşəmlərin SON VƏZİYYƏTİ 

89107

Avqustun 11-də doğulan beşəmlərin müalicəsi davam edir.

Bizim.Media xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu onların səhhəti ilə bağlı açıqlama yayıb.

İnstitutun direktoru Allahverdi Musayev, baş həkimi Azər Əhmədov və Anesteziologiya Reanimasiya İntensiv Terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva körpələri müayinə ediblər.

Bütün kliniki və laborator müayinələrdən keçirilən beşəmlərin vəziyyəti hazırda I tay küvezdə vəziyyəti orta ağır, nəmlənmiş nazal oksigen alır, II tay ağır, CPAP rejimində respirator tənəffüs dəstəyi alır, III tay orta ağır, nəmlənmiş nazal oksigen alır IV və V tay Süni Ventilyasiya aparatında ağciyərlərin ventilyasiyası aparılır.
Məlumat üçün bildirək ki, 32-ci həftəsində doğulmuş beşəmlərin 3-ü həyatlarının birinci sutkasında ağır vəziyyətdə, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin