Azərbaycanda son 6 ayda 61 mindən çox körpə doğulub

Hazırda oxunan: Azərbaycanda son 6 ayda 61 mindən çox körpə doğulub

89083

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 61 min 234 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 11.3-dən 12.3-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.7, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələrdən 1726-sı əkiz, 87-si isə üçəmdir.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

İlin birinci yarısında ölkədə 32 min 589 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.5-dən 6.5-ə enib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin