MSK-da yaradılan yeni struktur nə iş görəcək? – Qurumdan AÇIQLAMA

Hazırda oxunan: MSK-da yaradılan yeni struktur nə iş görəcək? – Qurumdan AÇIQLAMA

89054

“MSK-da siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasının Siyasi partiyalar haqqında qanuna dəyişikliklərin ediləcəyilə bağlı gedən müzakirələrlə hər hansı bir əlaqəsi yoxdur”.

Bunu Bizim.Media-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov deyib.

O, MSK katibliyinin yeni strukturunun təsdiqlənməsilə qurumda siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi və insan resursları sektorunun yaradılmasını vacib edən səbəbləri belə izah edib:
 

MÖVZU İLƏ BAĞLI: 
 

MSK-da yeni struktur vahidi yaradıla bilər


“Siyasi partiyalar haqqında qanunun dəyişə biləcəyi ilə bağlı fikirləri mətbuatdan oxuyuruq. Ona görə də MSK-da siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasının siyasi partiyalar haqqında qanuna dəyişikliklərin ediləcəyilə bağlı gedən müzakirələrlə heç bir əlaqəsi yoxdur.

Sadəcə partiya və ictimai təsisatlarla işi yaxşılaşdırmaq üçün belə bir şöbəyə ehtiyac olduğu qənaətiə gəldik. Bu sahədə günün çağırışlarına cavab verən addımı atdıq.

Əsas hədəfimiz siyasi partiya və ictimai təsisatlarda maarifləndirmə işlərini gücləndirmək, əlaqələri artırmaq, partiyaların seçkilərdə iştirakını yaxşılaşdırmaq üçün əlavə köməklik göstərməkdən ibarətdir”.

M. Rəhimov bildirir ki, müasir dövrün çağırışlarına cavab vermək üçün insan resursları sektorunun yaradılmasını da zəruri hesab ediblər:

“Əmək kitabçaları yığışdırılır. Elektron versiyaya keçirik. Onlarla işləmək üçün də uyğun struktura ehtiyac yaranıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin