Səbail Rayonunda yerləşən Badmdar qəsəbəsinin bir qrup sakini Moderator.az-müraciət edib. Sakinlər qəsəbənin Tofiq Məmmədov 7 küçəsində işıqların tez-tez sönməsindən narahatlıqlarıni bildiriblər. Redaksiyamızla əlaqə saxlayan sakinlərin sözlərinə görə, ay ərzində bir neçə dəfə qeyd olunan ünvanda işıqlar sönür. Bu da sakinlərin haqlı narazılığına səbəb olub. Həmçinin ərazidə olan dükan və obyektlər də baş vermiş hadisə zamanı işıqsız qalır. Növbəti hadisə dünən axşam saatlarında baş verib. Nəticədə orada bir neçə saat işıqlar yanmayıb nəticədə bəzi market və dükanlar ziyan görüb belə ki, obyektlərin buzxanalarında saxlanılan bəzi məhsullar istifadəyə yarsız hala gəlib.
Xəyal Əzizov


































































































