Sumqayıtda qadın anasını bıçaqladı – MƏHKƏMƏ  

Hazırda oxunan: Sumqayıtda qadın anasını bıçaqladı – MƏHKƏMƏ  

89024

Sumqayıt şəhərində anasını bıçaqlamaqda ittiham olunan 1986-cı il təvəllüdlü Günel Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq.

İttihama görə, Günel Əliyeva anası, 1957-ci il təvəllüdü Zemfira Əliyeva ilə yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı o, anasına 6 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Zemfira Əliyevanın həyatını xilas etmək mümkün olub.

Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Günel Əliyevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin