Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

Hazırda oxunan: Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

88868

Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir.

Bizim.Media İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir ki, spirtli içki insan orqanizminə mənfi təsir edərək orqanların funksionallığını pozur. Nəticədə, sağlamlıqla bağlı ciddi problemlər yaranır.

Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında əlaqə var.

Alkoqolun qəbulu ürəyin işemik xəstəliyi, beyin-damar və qaraciyər problemlərini inkişaf etdirir. Bu səbəbdən yaranan qaraciyərin piylənməsi, hepatit və sirroz ən geniş yayılan xəstəliklərdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin