Azərbaycanın futzal çempionatının qalibi olan “Xəzər adaları”x9d dağılsa da, oyunçulara və məşqçilərə olan borc ödənilmir. Klubun sahibi Hacı İbrahim Nehrəmlinin məşqçi heyətinə və futzalçılara 70 min manatadək borcu qalıb.
İyulun 27-də “Xəzər adaları”x9d komandasının baş məşqçisi Elnur Qəmbərov, onun köməkçisi və komandanın kapitanı Nehrəmliylə görüşüb. Görüşdə borc məsələsi müzakirə olunub və Hacı İbrahim borclu olduğu şəxslərə söz verib ki, iyulun 30-da pullarını ödəyəcək. Baş məşqçi, köməkçisi və kapitan iyulun 30-da Hacı İbrahimin ofisinə baş çəkiblər. Görüşdə “Xəzər adaları”x9dnda çıxış etmiş bütün yerli futzalçılar da iştirak edib. Ancaq Hacı İbrahim pulu verə bilməyəcəyini, yaxşın müddətdə problemi həll edəcəyini deyib.
Cumhuriyyet.az onu da xatırladır ki, bu adını hacı qoyub, konyak içməyi ilə fəxr edən İbrahim Nehrəmlinin aldadaraq pulunu qaytarmadığı ilk zərərçəkənlər deyil. 4 ildən çoxdur ki, İbrahim Nehrəmliyə məxsus olan “Avesta”x9d şirkətindən 2 mənzil alan, lakin evləri qanunsuz olaraq əlindən alınan qazaxlı iş adamı Elşad Məmmədov ölkəni tərk edib. İ.Nehrəmli və onun “Avesta”x9d şirkəti iş adamının 355 min manat pul ödədiyi iki mənzili mənimsəyib, onun pulunu qaytarmadı. Zamanında E.Məmmədov ən yüksək dövlət qurumlarına müraciət etdi, amma heç bir nəticə olmadı. Əksinə Nehrəmli hər dəfə müxtəlif adamlar vasitəsi ilə ona zəng vurub, təhdid edib və iş adamını “Bandotdel”x9dlə hədələyib. Amma zaman keçdi və İbrahim Nehrəmlinin özü “Bandotdel”x9də aparıldı. Bunu elə ilahi ədalət hesab etmək də olar”¦
































































































