Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əhmədov Puşkin Kamaləddin oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması üçün müraciət olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.
Hakim Ülkər Həsənovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Puşkin Əhmədovun ölkədən çıxışı müvəqqəti olaraq məhdudlaşıdırlıb.
Qeyd edək ki, Puşkin Əhmədov tikinti sahəsində biznezlə məşğul olur. Onun rəhbərlik etdiyi şirkət Bakı və Gəncə şəhərlərində bina tikintisi işini həyata keçiriblər. Onun dövlət büdcəsinə vergi borcunun olduğu müəyyən olunub.
Puşkin Əhmədov tikinti-inşaat sahəsində tanınış mütəxəssis, eyni zamanda, uzun illər böyük tikinti şirkətinə rəhbərlik edən tanınmış iş adamıdır. Həmçinin, Puşkin Əhmədov “Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavinidir. Puşkin Əhmədov 90-cı illərdə “Bakı Baş Tikinti İdarəsi” sistemində şöbə müdiri vəzifəsində çalışıb.
O, 2001-ci ildə “Səma-3” Mənzil Tikinti kooperativi təsis edib. Bundan əlavə, o, “İron İnşaat” MMC-ni təsis edib. O, hazırda MMC-nin direktorudur.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:33 / 16.08.2022
Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu – QƏRAR
Hazırda oxunan: Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu – QƏRAR
Hazırda oxunan: Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu – QƏRAR
88785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.