Qusar şəhər sakini, 85 yaşlı Münacib Səfərov yaşadığı evin həyətində su hovuzuna düşüb. O, dərhal Qusar rayon mərkəzi xəstəxanasına gətirilib.
Bizim Media xəbər verir ki, həkimlərin səyinə baxmayaraq o, tibb müəssisəsində keçinib.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşfırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu