Şabran rayonunda yanğın təhlükəsi qalmaqdadır.
Rayonun icra başçısının müavini İlkin Ağayev Bizim.Media-ya bildirib ki, hazırda FHN-nin Bakı, Sumqayıt şəhərlərinfən və şimal rayonlarından 12 yanğınsöndürən avtomobili alovla mübarizəyə cəlb edilib.
Hava artıq qaraldığından FHN-nin alovu söndürən bir helikopteri ərazini tərk edib.
Yanğın nəticəsində Dağbilici kəndində 1 yaşayış evi tam, 2 ev qismən, 4 evin həyətində isə ot tayaları yanıb.
Yanğınla əlaqədar Şabranın dağlıq kəndlərinə enerji və qaz verilişi dayandırılıb. Vəziyyətə ciddi nəzarət olunur.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu