Pandemiya ilə əlaqədar dövlət qurumlarında çalışan işçilərin say həddinin 30 faizədək azaldılması, digər əməkdaşların məsafədən iş rejimində çalışması ilə bağlı müddət uzadılıb.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Artıq Nazirlər Kabineti dövlət qurumlarına bununla bağlı müvafiq qaydada məktub göndərib. Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə qədər bu qayda qüvvədə qalacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:39 / 18.01.2021
Qərar dəyişmədi - Dövlət qurumlarında işçi sayı 30 faizədək azaldılmalıdır
Hazırda oxunan: Qərar dəyişmədi - Dövlət qurumlarında işçi sayı 30 faizədək azaldılmalıdır
Hazırda oxunan: Qərar dəyişmədi - Dövlət qurumlarında işçi sayı 30 faizədək azaldılmalıdır
8871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.