Quba sakini 2 metrlik ilanı necə ram elədi? – VİDEO

Hazırda oxunan: Quba sakini 2 metrlik ilanı necə ram elədi? – VİDEO

88690

Qubanın Xaltan İnzibati Ərazi Dairəsinin Nütəh kəndinin sakini İftixar Əsgərov ilanlarla davranmağın yolunu tapıb.

O bölgənin ən zəhərli təlxə növündən olan ilanla sancma olmadan davrana bilib.

Deyir ki, mən bir neçə ildir çöldə təsərrüfat işləri ilə məşğul olarkən bu təlxə növündən olan zəhərli ilanla rastlaşmışam. Gürzədən sonra bu növ ilan ən effektli zəhəri olan sürünəndir.

Onun dediyinə görə, zəhərli ilanı heç vaxt dərhal öldürmək fikrinfə olmayıb, yaxaladığı ilanın quyruğundan tutaraq şəklini çəkib yenidən təbiətə buraxıb.

Müsahibim hesab edir ki, hər hansı canlıya zərər vermək təbiətin gözəlliyini pozur. O bacardığı qədər ilanlarla rastlaşanda səmimi rəftar etfiyini bildirir.

Deyir ki, onlar da canlıdır və duyğuları var. Əgər zərər verməyəcəksənsə, səninlə işləri olmaz.

İftixar Əsgərovun məlumatından o da aydın olur ki, Azərbaycan ərazisində olan bəzi zəhərli ilan növləri bu arealda yayılıb.

O cümlədən dağ təlxəsinə də Xaltan ərazisində rast gəlinir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin