“Azəristiliktəchizat” ASC-nin idarə rəisi mətbuata niyə ETİRAZ EDİR? - “İşimdən azad olunmamışam”

Hazırda oxunan: “Azəristiliktəchizat” ASC-nin idarə rəisi mətbuata niyə ETİRAZ EDİR? - “İşimdən azad olunmamışam”

88679

Bir neçə gün öncə "Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri (Qalib Hüseynli və Araz Məmmədov) tutduqları vəzifələrdən azad edildikləri barədə məlumatlar dərc olunub.

Lakin sözügedən rəislərdən biri olan Qalib Hüseynli Bizim.Media-ya yayılan xəbərlərlə bağlı etirazını bildirib. Onun sözlərinə görə, yayılan məlumatların heç biri həqiqəti əks etdirmir:

“Mən hazırda işimə davam edirəm. Həmçinin bununla yanaşı Dövlət İmtahan Mərkəzində sektor müdiriyəm. Yayılan saxta məlumat haqqımda aparılan qara piyardır”.

Məlumatı dəqiqləşdirmək üçün "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı ilə saxladıq. Mətbuat katibi Qalib Hüseynlinin sözügedən qurumda fəaliyyətini fəaliyyətini davam etdirdiyini bildirib:

“Onun ərizəsi nəzərə alınaraq başqa işə keçirilib. Lakin hazırda Qalib Hüseynli "Azəristiliktəchizat" ASC-də çalışır” ,- deyə E.Basqallı qeyd edib.

Qeyd edək ki, Qalib Hüseynli hazırda Bakı şəhəri 11 saylı İstilik Sistemləri İstismar Sahəsinin
baş mühəndisi təyin olunub. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin