Sabunçu rayonunda soyğunçuluq olub.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib, 11000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.
Şübhəli Bakı şəhər sakini - əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.
Bizim.Media