Baş ProkurorluQ tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 7721-dir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Bildirilir ki, ötən yarımildə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub.
Vətəndaşların onları maraqlandıran 7425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilib.
Müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmaqla, 2 müraciət üzrə cinayət işləri başlanıb.
Bizim.Media