“Əgər sabah hava şəraiti qarlı olarsa, yolu qar və buzdan təmizləmək üçün ümumilikdə 800 ton duz ehtiyatımız var. Qum ehtiyatı da kifayət qədərdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
MÖVZU İLƏ BAĞLI:
Çovğun olacaq, yollar buz bağlayacaq - Hava ilə bağlı xəbərdarlıq edildi
Onun sözlərinə görə, 400-ə qədər qarkürüyən maşın mexanizmləri hazır vəziyyətdə AAYDA-nın bazasındadır.
A.Nəcəfli əlavə edib ki, agentlik qışa hazırlığa oktyabr ayından başlayıb:
“Relyefi çətin olan yollarda növbətçilər yollara nəzarət edir. Avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə AAYDA-nın mərkəzi aparatında və respublikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılıb və sutkalıq növbətçilik təşkil olunacaq”.
Gülşanə Mustafayeva, Bizim.Media