Tacir kömək istədi - “Tək istəyim meyitin tapılmasıdır”x9d

Hazırda oxunan: Tacir kömək istədi - “Tək istəyim meyitin tapılmasıdır”x9d

88502
Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışıları bir azdan davam etdiriləcək. 


Moderator.az xəbər verir ki, bu barədə AzNews.az-a müğənninin özü məlumat verib. 

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər axtarışı dayandırıb: “Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır”x9d.

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: “Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq”x9d. 

Qeyd edək ki, müğəninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq cəsədini tapmaq hələlik mümkün olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin