Polis küçə ticarəti və dilənçiliklə məşğul olanları CƏRİMƏLƏDİ

Hazırda oxunan: Polis küçə ticarəti və dilənçiliklə məşğul olanları CƏRİMƏLƏDİ

88422

Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti nəzarət-profilaktiki tədbirlər keçirilib.

Yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib.

Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb və yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib.

Polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı həmçinin, məişət tullantılarının ətrafa atılması faktları aşkar edilib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən eyni zamanda avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı tədbirlər də təşkil olunub. Bu kimi hallarla bağlı müəyyən edilən şəxslərlə profilaktiki söhbətlər aparılıb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər.

Elşən Feyzullayev, Bizim.Media - Cənub Bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin