İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qurumun mətbuat xidməti insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirici videoçarxı təqdim edib.
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən “Qaynar xətt”, dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.
Bizim.Media