Samuxda dəhşətli QƏTL – Kişi qonşusunu ürəyindən bıçaqladı

Hazırda oxunan: Samuxda dəhşətli QƏTL – Kişi qonşusunu ürəyindən bıçaqladı

88381

Samux rayonunda qonşusunu qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü Habil Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 23-nə təyin olunub.  

İttihama görə, hadisə Samux rayonunun İstixana qəsəbəsində baş verib. Qəsəbə sakini, 37 yaşlı Elşən Sadıqov ürək nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  
Hadisəni həmin qəsəbə sakini Habil Qasımov törədib. Keçrilən əməliyyat zamanı hadisəni törədən şəxs tutulub. O, ilkin ifadəsin qətli törətdiyini etiraf edib. İstintaq orqanı tərəfindən Habil Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin