Xızıda sürücü və dostu polislərə müqavimət göstərib.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 10-u saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən tarixdə Xızı-Giləzi avtomobil yolunda hərəkətdə olan “VAZ-21093” markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı Dövlət Yol Polisi bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 13.08.2022
Xızıda sürücü və dostu polislərə müqavimət göstərib
Hazırda oxunan: Xızıda sürücü və dostu polislərə müqavimət göstərib
Hazırda oxunan: Xızıda sürücü və dostu polislərə müqavimət göstərib
88380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.