Bakıda insanları soyan yeni fırıldaqçı şəbəkə PEYDA OLUB - FOTO

Hazırda oxunan: Bakıda insanları soyan yeni fırıldaqçı şəbəkə PEYDA OLUB - FOTO

88372

Paytaxtımızda yeni fırıldaq şəbəkəsi peyda olub. Şəbəkə üzvləri gediş-gəlişin çox olduğu yerlərdə müxtəlif oyunlar təşkil edərək əhalini açıq-aydın soyur.

Bizim.Media xəbər verir ki, fırıldaqçılar əsasən günün pik saatlarında səyyar “xidmət” göstərirlər. 

Bu kadrlar metronun “Həzi Aslanov” stansiyasının çıxışında lentə alınıb. Fırıldaqçı şəbəkə üzvləri sakinləri oyuna şirnikləndirmək üçün masanın üstünə müxtəlif əşyalar və daha çox siqaretlər düzür.

Oyuna qoşulmaq istəyən ən azı bir manatından keçməlidir. Və masaya düzülən əşyaların birini qazanmaq üçün “oyunçu” halqanı masanın üstünə atmalıdır.

Əgər halqa hansısa əşyanın üstünə düşsə “oyunçu” həmin əşyanı udmuş hesab edilir. Amma halqanı əşyanın üstünə atmaq hər adama qismət olmur. Əvəzində sadəlövh sakinlər bir neçə saata xeyli pul itirmiş olur. 
 

Məsələ orasındadır ki, kustar prinsiplərlə idarə olunan bu “oyun” heç bir məntiqə sığmır. Bu keçən əsrin 90-cı illərində mövcud olan “üskük oyunu”na bənzər bir kələkdir. Yəni, bu “əyləncə” heç bir fəaliyyət növünə aid deyil və lisenziyalaşdırılmayan, hər hansı qaydalara oturdulmayan bir kələkbazlıqdır.


Marqlısı isə odur ki, belə bir kələyi bu adamlar ictimai yerdə həyata keçirə bilirlər.

Surxay Atakişiyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin