İnternetdə tanışlıq: Qadınlar fırıldaqçıların tələsinə necə düşür?

Hazırda oxunan: İnternetdə tanışlıq: Qadınlar fırıldaqçıların tələsinə necə düşür?

8832

Tanışlıq saytlarına daxil olanların böyük əksəriyyəti adətən fırıldaqçılardır.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Sinerjiya" Universitetinin psixologiya kafedrasının baş müəllimi Andrey Polyanski "Praym" agentliyinə müsahibəsi zamanı səsləndirib.

Polyanski hesab edir ki, tanışlıq saytlarında qadınlarla yaxından ünsiyyət qurmağa başladıqdan sonra onların etibarına girirlər və hərəkətə başlayırlar.

“Bir qayda olaraq, onlar özlərinin və qohumlarının qəfil xəstəliyindən danışırlar. Deyirlər ki, müalicə üçün kifayət qədər pulları yoxdur. Təbii ki, siz aşiq olmusunuzsa və xeyli vaxt ünsiyyət saxlayırsınızsa, onda yazığınız gələcək”,- deyə ekspert qeyd edir.

“Fırıldaqçı özünü varlı insan kimi təqdim etsə də maliyyə problemləri haqqında danışır, hesablarının bloklandığını və ya bank ilə problem olduğunu deyir və guya yeni layihəyə pul qoymaq istəyir.

Onlar başqa şəhərdə yaşadıqlarını söyləyir, amma maddi çətinliklər səbəbindən guya gələ bilmirlər. Gediş haqqını ödəməyi xahiş edirlər və pulları geri qaytarmağa söz verirlər”,- deyə o, əlavə edib.

“Bütün hallarda ehtiyatlı davranmaq, sadəcə xahişi rədd etmək lazımdır. Deməlisiniz ki, sizin də vəsaitiniz azdır. Bundan sonra fırıldaqçı, bir qayda olaraq, dərhal yox olur”. Polyanski vurğulayıb. 

Ekspert xəbərdarlıq edir ki, tez-tez fırıldaqçı qurbanlarını şantaj etməyə başlayır. İntim fotoşəkilləri göndərməyi xahiş edirlər və sonra şəkillər üçün pul tələb edirlər, əks halda bunu onun qohumlarına, həmkarlarına və tanışlarına göndərəcəkləri ilə təhdid edirlər.

O, həmçinin qeyd edib ki, tanışlıq saytlarında fırıldaqçıların şəxsi səhifələri, bir qayda olaraq, mükəmməl görünür.

“Alfonslar ilk növbədə qurbanlarına mükəmməl bir insan olduqlarını inandırırlar. Sağlamdır, yüksək maaşlı işi, mənzili və maşını var. Yəni mükəmməl bir ərin imicini təsvir edir”,- deyə Polyanski bildirib.

Statistikaya görə, istifadəçilərin təxminən üçdə biri ən azı bir dəfə tanışlıq saytlarının xidmətlərindən istifadə edirlər. Həm də 1,5 milyon adam gündə 4 saat tanışlıq saytlarında vaxtlarını keçirir. 

ABŞ-da, məsələn, StatisticBrain Beynəlxalq Elmi Tədqiqatlar İnstitutunun məlumatına görə, onlayn tanışlıqları 49 milyon amerikalı sınayıb.

Federal Tədqiqat Bürosunun məlumatına görə, onlayn tanışlıq zamanı istifadəçilər yarım il ərzində 80 milyon dollar itirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin