38 mindən çox şəxsə əlillik təyin edilib

Hazırda oxunan: 38 mindən çox şəxsə əlillik təyin edilib

88304

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib. 

Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib.  

Məlumatda qeyd olunur ki, onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır. 

Həmçinin, müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin