Milli Məclisin Qaradağdan təmsil olunan deputatı Aydın Hüseynovun “Facebook” da yazdığı status jurnalist Həbibə Abdulla ilə aralarında qalmaqala səbəb olub.
Deputatın səhvlərlə dolu statusunu ictimailəşdirən jurnalist Həbibə Abdulla elə Aydın Hüseynovun özü tərəfindən tənqid olunub.
Bizim.Media-ya açıqlamasında jurnalistə eyham vuran deputat Azərbaycan dili müəlliminin jurnalistin atası olduğunu açıqlayıb və sanki səhvlərlə dolu paylaşımında pedaqoqunu təqsirkar saymış kimi qələmə verib.
Deputatın bu açıqlamasına Həbibə Abdullanın cavabı gecikməyib. Bizim.Media-ya açıqlamasında jurnalist Aydın Hüseynovun savadsızlığına eyham vurmadığını qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Deputatdan səhv dolu statusuna REAKSİYA – “Dil müəllimim məsələni ictimailəşdirən jurnalistin atası olub”
“Məqsədim ümumiyyətlə, deputatı tənqid hədəfi etmək deyildi. Amma sözün düzünə qalsa, ranqlı adamların, tanınmış siyasətçilərin sosial şəbəkələrdə elə "başdansovdu" status yazmalarını heç vaxt bəyənməmişəm. Bu, auditoriyaya hörmətsizlikdir. Aydın Hüseynova hörmətim var, şəxsi münasibətlərimiz də var. Yəni onun savadına şübhəm yoxdur. Ola da bilməz, çünki özünün də dediyi kimi, dədəmin şagirdi olub, hansı sahədə olsa da, yazı məsələsində savadsız olması mümkün deyil. Mənim tənqid hədəfim onun savadı yox, auditoriyaya və deputat mandatına münasibətidir”, - deyə jurnalist əlavə edib.
Alçina Amilqızı, Bizim.Media