Paytaxtımızın istirahət zonalarından biri olan parklarımızın mövcud durumu ilə bağlı bir neçə reportaj hazırlayıb yayımlamışıq. Bir çox parklarda olan acınacaqlı durum haqqında çevik reaksiyalar da verilib.
Belə parklardan biri də Nəsimi rayonu ərazisinə yerləşən Sevil Qazıyeva parkıdır. Parkda xoşagəlməz vəziyyəti faktaların diliylə işıqlandırılıb və dövlət qurumlarından məsələyə münasibət öyrənilib.
Məlumat yayımlandıqdan sonra parkda cari təmir işlərinə başlanılıb. Bundan sonra çəkiliş qrupumuzda abadlıq işlərinin öz gözləri ilə görməsi üçün hadisə yerinə dəvət olundu.
MÖVZU İLƏ BAĞLI:
Müstəqilliyimiz Sevil Qazıyeva parkına niyə gəlib çatmayıb? – Rusiya səfirliyinin yanında... - FOTOFAKT
Parkda abadlıq işlərinə rəhbərlik edən Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov Bizim.Media-ya bildirdi ki, “parkdakı 10-dan artıq oturacaq təmir olunub.
Pilləkən və döşəmədəki qopmuş, dağılmış daşlar yenisi ilə əvəz edilib. Fantan cari təmir edilib. Ətrafa su axıntısının qarşısı alınıb. Həmçinin, ərazidə zəruri təmizlik işləri aparılıb”.
Birliyin rəisi onu da əlavə etdi ki, parkın əsaslı təmirə ehtiyacı var:
“Ona görə də tərəfimizdən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəsmi müraciət olunub. Yaxın gələcəkdə parkın ən müasir tələblər səviyyəsində qurulması müzakirə olunur. Ümidvarıq ki, bu məsələ tezliklə həllini tapacaq”.
Bizim.Media