Məktəbli formalarında rəng dəyişimi Bakı Tikiş Evini özündən ÇIXARTDI – “5 aydır oturub indi ayılıblar”

Hazırda oxunan: Məktəbli formalarında rəng dəyişimi Bakı Tikiş Evini özündən ÇIXARTDI – “5 aydır oturub indi ayılıblar”

88206

Xəbər verildiyi kimi orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib. Belə ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib. Artıq direktorlar da bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

Məktəbli formalarının seçimi ilə bağlı yeni göstəriş Bakı Tikiş Evində narazılıqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni məktəbli formaları SATIŞA ÇIXARILIR – Qiymətlər BƏLLİ OLDU 


Bu barədə Bizim.Media-ya danışan "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov yeni tədris ilinə az müddət qaldığı bir vaxtda formaların rəng seçimi ilə bağlı göstərişin dəyişdirilməsinin anlaşılan olmadığını deyib:

“Nazirlər Kabinetinin göstərişinə uyğun 2 rəngdən istifadə edərək məktəbli formaları istehsal etmişik. İndi isə göstəriş gəlib ki, yalnız ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilməlidir. 5 aydır oturub-oturub indi ayılıblar. Düşünmürlər ki, bu istehsalatdır və parçaları əvvəlcədən sifariş etmişik. İnsanlar əziyyət çəkib və dayanmadan işləyiblər. İndi də deyirlər ki, 4 rəng seçimindən ikisi olmalıdır. Qalmışıq belə, bilmirik necə olacaq”.

Etibar Əzimovun sözlərinə görə yeni məktəbli formalarının satışı ilə bağlı avqustun 16-da açılış olacaq və satış nöqtələri barədə məlumat veriləcək. 
 

Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. 


Xatırladaq ki, bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin