Vətən müharibəsi şəhidinin ordeni ailəsinə TƏQDİM EDİLDİ

Hazırda oxunan: Vətən müharibəsi şəhidinin ordeni ailəsinə TƏQDİM EDİLDİ

88171

Qubada Vətən müharibəsi şəhidi, baş leytenant Ruslan Azər oğlu Bayramovun Prezident mükafatı ailə üzvlərinə təqdim edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun icra başçısı Ziyəddin Əliyev, qazilər və şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri Əlibəyqışlaq kəndində şəhid Ruslan Bayramovun Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2022 -ci il tarixli sərəncamı ilə təltif edilmiş 3-cü dərəli "Vətənə Xidmətə görə" ordeninin təqdimat mərasimində iştirak ediblər.

Ziyəddin Əliyev Vətən müharibəsində Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında fəal iştirak etmiş Ruslan Bayramovun igidliyindən danışıb.

Bildirib ki, baş leytenant Ruslan Bayramov 2020-ci il oktyabr ayının 24-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Şəhidin ordeni ailə üzvlərinə təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin