Bərdədə dələduzluq edənlər saxlanıldı - 16 min manat alıblar ki... - FOTO

Hazırda oxunan: Bərdədə dələduzluq edənlər saxlanıldı - 16 min manat alıblar ki... - FOTO

88134

Bərdədə dələduzluq yolu ilə rayon sakinin 16 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Lək kəndində yaşayan Qədimov Faiq prokrorluğa gələrək yazılı şəkildə bildirib ki, atası Vahid Qədimov narkotiklərin qanunsuz dövriyyəsinə görə polis tərəfindən saxlanılaraq həbs edilib.

Dələduzluqda adları çəkilən şəxslər - Həsənov Orxan ilham oğlu və Kərimov Fərid Ədalet oğlu məhkəmədə işə xitam verilməsi adı ilə ondan 16 min manat pul alıblar.

Bundan sonra dələduzluqda şübhəli bilinən hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib. Fərid Kərimov aldığı pulun bir miqdarını Orxan Həsənova verdiyini iddia edib. Onun iddialarını böhtan kimi qəbul edən Orxan Həsənov isə “şərik”indən pul almadığını bildirib.

Onların barəsində Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir.

Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin