Getdikcə yüksək bal toplayan abituriyentlərin sayı azalacaq – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI

Hazırda oxunan: Getdikcə yüksək bal toplayan abituriyentlərin sayı azalacaq – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI

88129

DİM qəbul imtahanları ilə bağlı yekun nəticələri aşıqlayıb. Və görünən odur ki, bu il qəbul imtahanlarında yüksək bal toplayanların sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Nəticələri artıq bəlli olan II ixtisas qrupu üzrə 2022-ci ildə 600-dən çox bal toplayan abituriyentlərin sayı cəmi 143 nəfər olub.

Halbuki, keçən il 196 nəfər, 2020-ci ildə isə 216 abituriyent 600-dən çox bal toplamışdı. III istisas qrupunda da eyni vəziyyət hökm sürür.

Belə ki, 2022-ci ildə bu qrupda cəmi 342 nəfər 600-dən çox bal toplaya bilib. 2021-ci ildə bu rəqəm 617, 2020-ci ildə isə 555 nəfər olub. Anoloji vəziyyət 500-dən çox bal toplayanlara da aiddir. 

Yaxşı nəticə göstərənlərin sayının azalması səbəbini Bizim.Media-ya açıqlamasında şərh edən təhsil eksperti Elçin Əfəndinin fikrincə, belə vəziyyətin yaranmasına ilk növbədə pandemiya və distant təhsil rəvac verib:

“Düşünürəm ki, ilk növbədə pandemiya dövrünün hazırlıqları abituriyentlərə mənfi mənada ciddi təsir edib. Dərslərin onlayn şəkildə aparılması şagirdlərə pis təsir etdiyindən, onların ümumi imtahan nəticələri də əvvəlki illərlə müqayisədə ürəkaçan olmayıb. Dərslərin distant idarə olunması, habelə kurikulumla bağlı yeni imtahan qaydaları nəticələrə öz təsirini göstərib. Ona görə də pandemiya dövründən əvvəlki illərə nisbətən son bir neçə ildə 500 və 600-dən çox bal toplayanların sayında kəskin azalmalar var”. 

Digər səbəb isə həmsöhbətimizə görə, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasından qaynaqlanır:

“Bu il 98 min şəxs imtahanlarda iştirak edəcəyini qeyd edib. Onların da 86 min nəfəri I-IV qrup üzrə müsabiqədə iştirak edib. Onların da 35 mini 150 baldan aşağı nəticə göstərib. Bu da orta məktəblərdə təhsilin keyfiyyətinin olduqca aşağı olması, təhsilin məktəbdə deyil, evlərdə tədrisi ilə bağlıdır”. 

Ekspertin fikrincə, bu gedişlə növbəti illərdə 600 baldan aşağı nəticə göstərənlərin sayı yüzün altına düşəcək.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin