“Bürclərə görə əməliyyata girib, uşaq dünyaya gətirənlər var” – PSİXOLOQ 

Hazırda oxunan: “Bürclərə görə əməliyyata girib, uşaq dünyaya gətirənlər var” – PSİXOLOQ 

88115

“Cəmiyyətdə son dönəmdə bürclərə inam daha da artıb. Bir deyim var, “fala inanma, faldan da qalma”. Bəzən insanlar uşaqlarını belə dünyaya gətirmək üçün bürclərə diqqət yetirirlər ki, filan gün əməliyyata girim”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova səsləndirib.

Planlarını bürclərə görə quran insanların artmasına münasibət bildirən psixoloq qeyd edib ki, uğur insanın ruhundadır:

“Bunun bürclərə aidiyyatı yoxdur. Məsələn, statistikaya əsaslanarsaq, ən varlı bürc oğlaqdır. Lakin elə oğlaqlar tanıyıram ki, normal yaşayışını təmin edə bilmir. Burda sual qoyulur, bütün oğlaq bürcləri imkanlı olurlar? Xeyr, hər bir insanın özünəməxsus potensialı olur. Lakin biz nəyə inanırıqsa, onu beynimizə kodlayırıq. Bu da bizim həyatımıza yansıyır. İnsan bəzən bir şeyi o qədər deyir ki, sonda bu başına gəlir. Çünki biz dediklərimizlə, kainata mesajlar ötürürük. Quantum nəzəriyyəsinə görə, kainat da həmin enerjini bizə geri qaytarır”.

Müsahibimiz qeyd edib ki, sırf bürclərə əsaslanıb, evlənmək, uşaq dünyaya gətirmək, yaxud da iş qurmaq olmaz:

“İnsan daxili potensialını, gücünü dəyərləndirməlidir. Doğrusu, bir psixoloq kimi bürclərə inanıram. Qoç bürcü altında dünyaya gəlmişəm və bu bürcün xüsusiyyətlərini daşıyıram. Lakin sırf bürc proqnozlarına görə yaşamıram. İnam və ancaq bir şeyi düşünmək fərqli şeylərdir.
Əgər bir insan ancaq bürcləri analiz edib, bu barədə düşünürsə, düşünürəm ki, həmin şəxs həyatda özünü tapa bilməyib. İnsan özünü kamilləşdirəndə, hansı bürcdən olması önəmli deyil. Sadəcə iradəsi zəif, arzuların reallaşdırılmasını həyatın axarına buraxanlar, başqalarının təsiri altına tez düşənlər bürclərə daha çox inanırlar”.

Gülnar Orucova bürclərə hədsiz inamın psixoloji problem olduğunu vurğulayıb:

“Bu xəstəliyə qədər gətirib çıxara bilər. Çünki bəzi şeylərə ilişib qalmaq, təkrarlanan düşüncələr, yəni obsessiv-kompulsiv pozuntu yaradır”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin