Yevlaxda beşmərtəbəli yataqxana binasında qəsdən yanğın törətməkdə şübhəli bilinən Murad Əliyev mhkəmə qarşısına çıxarılıb.
Bizim.Media xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Apa.az-ın məlumatına görə, qərara əsasən, Murad Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə avqustun 9-da qeydə alınıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Yayılan xəbərlərə görə, Murad Əliyev həmin vaxt sərxoş vəziyyətdə olub. Hadisəni törətməsinə səbəb isə həyat yoldaşı ilə aralarındakı mübahisə olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:54 / 11.08.2022
Arvadına əsəbiləşib binanı yandıran şəxslə bağlı məhkəmə QƏRAR VERDİ
Hazırda oxunan: Arvadına əsəbiləşib binanı yandıran şəxslə bağlı məhkəmə QƏRAR VERDİ
Hazırda oxunan: Arvadına əsəbiləşib binanı yandıran şəxslə bağlı məhkəmə QƏRAR VERDİ
88094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.