Ağsu bazarına ödənişli giriş-çıxış NARAZILIQ yaratdı - ŞİKAYƏT

Hazırda oxunan: Ağsu bazarına ödənişli giriş-çıxış NARAZILIQ yaratdı - ŞİKAYƏT

88093

Ağsu rayonunun mərkəzində yerləşən bazara avtomobillə giriş-çıxış ödənişlidir. Nə ərazidəki məhəlləyə, nə də bazara daxil olmaq mümkündür. İnsanlar bazarlıqdan əlavə həm də bazara giriş üçün pul ödəməli olurlar. Uzun zamandır sakinləri narahat edən məsələ növbəti dəfə aktuallaşıb. 

Bu barədə Bizim.Media-ya Ağsu sakinləri şikayətlənib. Dediklərinə görə bazarın qarşısının kim tərəfindən dayanacağa çevrilməsi, ora giriş edən avtomobil sahiblərindən ödəniş tələb edilməsi və yığılan pulların hara getməsi müəammalıdır.

Bu vəziyyət həm bazarlıq etmək üçün bazara gələnlər, həm də sözügedən ərazidən istifadə edənlər üçün çətinlik yaradıb. 

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumun İnformasiya təminatı və təhlil sektorundan Bizim.Media-ya məsələdən xəbərsiz olduqları bildirilib:

“Məlumatımız yoxdur. Aidiyyəti qurumlara məlumat verərik”, deyə qurumdan bildirilib.

Ağsu bələdiyyə sədrinin müavini Namiq Babaxanov isə qeyd edib ki, dayanacağı bazar sahibi özü yaradıb:

“Bazarın özünün şəxsi mülküdür və dayanacağı da özləri yaradıblar. Bizə çatan məlumata görə belədir. 2 ildir ki, o ödənişli dayanacaq fəliyyət göstərir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin