Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının və Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə Bizim.Media-ya qurumun Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini vurğulanıb, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini deyiblər.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:19 / 11.08.2022
DSX-nin yeni xüsusi təyinatlıları and içdi
Hazırda oxunan: DSX-nin yeni xüsusi təyinatlıları and içdi
Hazırda oxunan: DSX-nin yeni xüsusi təyinatlıları and içdi
88074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.