Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bizim.Media-nın araşdırmasına görə, O.Mürsəlov bu vəzifəyə təyin olunmazdan öncə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Gədəbəyə icra başçısı təyin edildi
O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy kimi rayonlarda keçirilən dövlət tədbirlərdə iştirak edib.
Qeyd edək ki, rayonun sabiq icra başçısı İbrahim Ənvər oğlu Mustafayev 2021-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.
Bizim.Media