"Lökbatanda püskürən vulkan dünyanın ən aktiv palçıq vulkanıdır" - AMEA 

Hazırda oxunan: "Lökbatanda püskürən vulkan dünyanın ən aktiv palçıq vulkanıdır" - AMEA 

88030

Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. 

Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib. 

Geologiya və Geofizika İnstitutundan qeyd edilib ki, bu, güclü püskürmədir:

"Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin