Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.
BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər avqustun 11-dən anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 35 sual (25 təhsil qanunvericiliyi, 5 məntiq, 5 informatika) veriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:15 / 11.08.2022
Bakı məktəblərində rəhbər vəzifəyə işə qəbul ELANI
Hazırda oxunan: Bakı məktəblərində rəhbər vəzifəyə işə qəbul ELANI
Hazırda oxunan: Bakı məktəblərində rəhbər vəzifəyə işə qəbul ELANI
88010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.