"Müəllim yanına gedəndə telefonum olub. Lakin ondan çox istifadə etməmişəm, televizora nadir hallarda baxmışam, internetdən isə ümumiyyətlə yararlanmamışam".
Bunu ANS PRESS-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının III ixtisas qrupu üzrə keçiriyi imtahanlarda 700 ballıq nəticə göstərən Lalə Novruzova bildirib.
Onun sözlərinə görə, məktəbdə daima yaxşı oxuyub və nəticəlkəri ilə fərqlənib. Lakin qatıldığı sınaq imtahanlarında mexaniki səhvlər etdiyi üçün heç vaxt 700 bal toplaya bilməyib. "Bunun üçün nəticəm aşağı olurdu. Amma müəlimlərim mənim savadıma güvənirdilər və deyirdilər ki, heç bir mexaniki səhv etməsəm 700 bal toplaya bilərəm”x9d.

Lalə Novruzova - maksimal nəticə göstərən abituriyent
Lalənin valideyinləri Birinci Qarabağ müharibəsində işğal olunmuş Cəbrail rayonun Çullu kəndindən Saatlı rayonuna məcburi köçkün düşüblər.
Uzun illər qaçqın şəhərciyində yaşadıqdan sonra Bilasuvar rayonunda məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbəyə köçüblər. Lalə Novruzova qəsəbə daxilində 15 saylı orta məktəbdə təhsil alıb. Onun sözlərinə görə, məktəbdə də gündəlik dərslərini yaxşı oxuyub və məktəb illərində müxtəlif olimpiadalarda qalib olub.
İki il repetitorların köməyindən istifadə edən Lalə birinci il iki, sonrakı ildə isə 5 fəndən hazırlaşıb.
"Yeganə çətinlik isə müəllimlərin evinin uzaq olması olub. Dərslərimə hər gün sistemli şəkildə eyni dərəcədə vaxt ayırırdım. Müəlimlərim evimizdən uzaqda yaşdadığı üçün hazırlığa gedəndə uzun məsafə qət etməli olurdum. Bu isə boş vaxt itikisi demək idi. Yayın istisində, qışın soyuğunda uzaq məsafədə piyada getmək çox çətin idi. Amma 700 ballıq nəticəyə görə dəyərdi”x9d.
Lalənin sözlərinə görə, imtahan verdiyi gün bütün cavablamrı yoxlayıb düzgünlüyündən əmin olsa da, maksimum nəticə yığa biləcəyinə inanmayıb.
Kodlaşdırmada səhv etdiyini düşünən gənc qız TQDK cavablarını gözləyib. Yanlıq rəsmi cavablar açıqlanandan sonra 700 bal topladığına inanıb.
İndi o, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındasının hüquq fakültəsində təhsil almaq niyyətindədir. “Amma xaricdə təhsil üçün müvafiq qruma müraciət edəcəm. Əgər müsbət cavab gələrsə xaricdə də təhsilimi hüquq isitqmətində davam etdirəcəm”x9d.
Xatırladaq ki, II və III qrup üzrə imtahan iyul ayının 25-də olub. İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə də 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
































































































