Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı MÜRACİƏT OLUNDU

Hazırda oxunan: Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı MÜRACİƏT OLUNDU

87934

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ukraynada həbsdə olan vətəndaşlarımız Misir Qasımlı və Sübhan Quliyevlə əlaqədar Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət ünvanlayıb. 

Ombudsman Aparatından Bizim.Media-ya bildiriblər ki, vəkil Dobranitsa Valeriy Mixayloviç hüquqlarını müdafiə etdiyi Azərbaycan vətəndaşları Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verilməsi, hazırda isə Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxılması ilə bağlı ombudsman Səbinə Əliyevaya müraciət edib. 

S.Əliyeva məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə məktub ünvanlayıb və adıçəkilən vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin