“Vətənin igid övladlarına diqqət hər birimizin borcudur” - Deputat

Hazırda oxunan: “Vətənin igid övladlarına diqqət hər birimizin borcudur” - Deputat

8791

Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət beşiyi, işğaldan azad olunmuş qədim Şuşa şəhərinə ziyarəti tarixi bir səfər idi və bir çox məqamlarla yadda qaldı. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Ali Baş Komandan burada da şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial təminatı, gəkəcəkdə bu sahədə görüləcək işlərlə bağlı vacib fikirlər bildirdi:

“Hər birimizə məlum olduğu kimi əhalinin bu sosial qrupundan olan hissəsinə dövlət hər zaman xüsusi diqqət göstərmişdir.

Birinci Qarabağ müharibəsində şəhid olmuş 9 min şəhid ailəsi artıq mənzillərlə təmin olunub, yaralıların müalicəsi istiqamətində istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət təmin olunub, ehtiyacı olan qazilərimizə ən son texnalogiyalara uyğun hazırlanan protezlər verilib.

Düşünürəm ki, bundan sonrakı dövrdə də bu diqqət olacaq və daha da artacaqdır. Vətənin igid övladlarına diqqət hər birimizin borcudur.

Azərbaycanın qəhrəman əsgərləri, zabitləri Ali Baş Komandanın rəhbərliyi ilə öz adlarını tariximizə yazdılar.

Güclü Azərbaycan dövləti hər zaman öz igid övladlarının yanında olduğu kimi, bundan sonrakı dövrdə də olacaq. Bunun üçün güclü Azərbaycan dövləti və Ali Baş Komandanın hərbi-siyasi iradəsi var”. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin