Yəqin ki, dünya belə qalmaz - Billur Hümbətov

Hazırda oxunan: Yəqin ki, dünya belə qalmaz - Billur Hümbətov

87766
Fb-dən hiss olunur ki, dostların çoxu dincəlməyə gediblər və bu səbəbdən də statuslar xeyli azalıb. Hər birinə rahat və mənalı istirahətlər arzulayıram. Havalar belə çox isti keçəndə insanlar düşünməyə, nəsə yazmağa da çətinlik çəkir və məcbur qalırsan elə havadan yazasan.
Avqust ayında doğulanlar, həmin aya rəğbər bəsləyənlər məndən imciməsinlər, heç xoşuma gələn ay deyil. Ona görə ki, həm çox istini sevmirəm, həm də ağlım kəsəndən o ayda ürəkdən sevindiyim bir an olmayıb, əksinə, kədərli,qəmli anlarımın sayı yetərincədir. Həmin ay həmçinin mən öz döğulduğum məkandan ayrı düşmüşəm. 1971-ci ildə əzəli Azərbaycan torpağı olan Zəngəzur mahalının, Qafan bölgəsinin Gərd kəndindən məcburiyyət üzündən tərk edib, ailəmizlə Abşeron rayonunda məskunlaşmışıq.
Vətəninmin hər nöqtəsi mənimçün əzizdir, doğmadır, amma insan öz doğulduğu kəndini, küçəsini xüsuslə əziz bilir. Mən də uşaq vaxtı ayrıldığım və 40 ilə yaxındır ki, görə bilmədiyim kəndim üçün çox darıxmışam. İlin heç bir ayında belə istilər olmayan kəndimçün. Bəlkə də bu özəl münasibət həm də ona görədir ki, bizim unudulmaz uşaqlıq illərimiz, xoşxbəxtlik çağlarımız doğulduğumuz kənddə keçir və o hisslər əbədi yaddaşımızda qalır.
İnsan üçün ən dəhşətli olanlardan biri də odur ki, həsrətlə yanasan, ancaq gedib öz doğulduğun məkanı görə bilməyəsən. Milyonlarla insan Qərbi Azərbaycandan, bir milyon insan Qarabağımızdan bu nisgili yaşayır. Öz vətənimizdə vətənsiz qalmışıq. Çox ağırdır. Gör bu ədalatsiz dünyanın ədalətsizliyinə bax ki, öz ata-baba torpaqlarını ziyarətə getmiş insanlar Dilqəm, Şahbaz və.s vətənimizdə yaşayan haylar tərəfindən tutulur və bir qondarma qurumun qondarma məhkəməsi ilə ömürlük həbsə məhkum olunurlar, bizə də sus, hərəkət etmə deyilir.
20 ildən artıq müddətdir ki, Azərbaycanın sərvətlərindən bəhrələnənlər superderjavalar, dövlətimizin ərazi bütövlüyünü təmin edilməsi üçün nəinki bir addım atmırlar, hətta özümüzə işqal altında olan torpaqlarımızın azad edilməsinə imkan vermirlər. Yəqin ki, dünya belə qalmaz. Əsas odur ki, insan öz vətənini, torpağını unutmasın və onun azad olunması üçün düşünsün, onda günlərin birində Allahın köməyilə bütün torpaqlarımıza sahib olacağıq. İnşallah!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin