Bərdə Mərkəzi Xəstəxanasında rentgen aparatları İŞLƏMİR – TƏBİB-dən problemə CAVAB

Hazırda oxunan: Bərdə Mərkəzi Xəstəxanasında rentgen aparatları İŞLƏMİR – TƏBİB-dən problemə CAVAB

87743

Bərdə Rayon Mərkəzi Xəstəxanasında və polinklinikasında 1 ildən çoxdur ki, kompüter tomoqrafiya cihazı işləmir. Əhali rentgen və KT xidmətindən məhrum qalıb. Bu isə həm həkimlərin, həm də sakinlərin narazılığına səbəb olur.

Sakinlər bildirir ki, kompüter tomoqrafiyasına düşmək üçün kənar rayonalara və ya Bakıya üz tutmağa məcbur qalırlar.

Müasir tipli xəstəxanada bir ildən çoxdur ki hər iki avadanlıq işləmir.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlum məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb.

Qurumun rəsmisi Zamira Adilovanın sözlərinə görə Bərdə Rayon Mərkəzi Xəstəxanasında mövcud olan kompüter tomoqrafiya cihazı 2009-cu ildən fəaliyyətdədir və köhnə versiya diaqnostika cihazı olduğu üçün onun ehtiyat hissəslərinin alınması, eləcə də təmiri çətinlik yaradır:
“Bu baxımdan yeni cihazın alınması üçün təkliflər hazırlanıb və tender yolu ilə alınması nəzərdə tutulub. Rentgen aparatının da alınması və yenilənməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin