Xaçmaz məktəbindən istefa verən müəllim DANIŞDI: “Başqa cür səsimi heç kim eşitmirdi” - FOTO

Hazırda oxunan: Xaçmaz məktəbindən istefa verən müəllim DANIŞDI: “Başqa cür səsimi heç kim eşitmirdi” - FOTO

87731

Xaçmazın Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbində baş verənlər son günlər ən çox müzakirə olunan məsələlərdəndir.

Məktəbin gənc müəllimi Rəvanə Asimanın gördüyü nöqsanlara göz yuma bilməməsi, haqq-ədalət tələb etməsi sonda özünün istefası ilə nəticələnib.

Bəs məktəbdə nə baş verirdi?

Gənc müəlliməni Təhsil Nazirliyinə şikayətə qədər aparan problemləri Bizim.Media olaraq onun özü ilə çözməyə çalışdıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmaz məktəbində baş verən HADİSƏNİN NƏTİCƏSİ - Şikayətçi müəllim işə qaytarılacaqmı? – Rəsmi CAVAB


Rəvanə Asiman Şəki rayonunun Oxud kəndində doğulub. Hazırda ömrünün 25-ci yaşını yaşayan gənc xanım Qafqaz Universitetinin Azərbaycan-dili və ədəbiyyatı fakültəsini bitirib. 2020-ci ildə MİQ-də imtahan verərək Xaçmazın Çaykənarı kənd məktəbinə təyinat alıb və həmin ildən orada işləməyə başlayıb. 

Bəs məktəb rəhbərliyi ilə müəllimə arasında narazılıqların böyüməsinə nə səbəb olub?

"Bir çox problemlər vardı. Mən problemləri birbaşa şikayətlə həll etməyə çalışmamışam, məktəb daxilində həll eləməyə çalışmışam. Dəfələrlə direktoru əvəz edən Nuriyyə müəllimə ilə müzakirə aparmışam.
Ondan əvvəl başqa direktor idi, həmin müəllimlə çox danışmışam, təbii ki, fikir ayrılıqlarımız olub. Məktəbdə hərcmərclikdir, doğru tədris qurulmayıb. Şikayətlərə isə içkili müəllimin dərsə gəlməyindən sonra başlamışam. Çünki mən bunu heç cür qəbul edə bilməzdim".

Rəvanə müəllimə deyir ki, bizə doğruları söyləməyi atamız öyrədib. Mən bu ruhu atamdan almışam, bizə deyirdi ki, “doğrunu söyləməkdən doğru heç nə yoxdur və onunçün mübarizə aparmaq da şüur əməlidir”.

Rəvanə Asiman sonda istefa vermək qərarını da doğru hesab edir, deyir ki, başqa cür səsimi heç kim eşitmirdi:

"Başqa yol qalmamışdı, düşünürəm ki, ən doğru  qərar bu idi. Bu addımımdan sonra məqsədimə qismən nail oldum. İndiliksə heç yerdə işləmək istəmirəm".

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev də məktəbdə baş verənlərə öz münasibətini bildirib. Hacıyev qeyd edib ki, Çaykənarı kənd məktəbində doğurdan da müəyyən problemlər var, amma Rəvanə müəllimənin özünün də problemləri olub, kollektivlə normal ünsiyyət qura bilməyib.
Bununla belə  Regional Təhsil İdarəsinin rəisi gənc müəllimin işə qayıtmasında heç bir problem görmür:

"Rəvanə müəllimə işdən çıxmayıb, işini davam etdirə bilər".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin