Oktyabrın 1-dən maska tələbi QÜVVƏYƏ minir? – “Omikron” çoxalıb” – TƏBİB 

Hazırda oxunan: Oktyabrın 1-dən maska tələbi QÜVVƏYƏ minir? – “Omikron” çoxalıb” – TƏBİB 

87689

Son vaxtlar ölkədə koronavirusdan törəmə ştamlar tüğyan edir. İstənilən yaş kateqoriyalı insanlar arasında müşahidə edilən xəstəlik o qədər də ağır keçməsə də yayılma arealı genişlənməkdə davam edir. Artıq rəsmi dairələrdən və infeksionistlərdən tezliklə karantinin sərtləşəcəyi ilə bağlı xəbərdarlıqlar gəlir.

Sərt karantin çərçivəsində isə ilk növbədə maska tələbinin qüvvəyə minəcəyi ilə bağlı söyləntilər var. Hətta belə bir qərarın oktyabrın 1-dən etibarən icra ediləcəyi ehtimal edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Payızda karantin sərtləşdiriləcəkmi?


Maraqlıdır, hazırki və yaxın gələcəkdəki epidemioloji vəziyyəti nəzərə alan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) maska tələbini zərurət sayırmı? Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olan TƏBİB maska tələbinə razıdırmı? 

TƏBİB Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, indiki vəziyyətdə koronavirusun "omikron" ştamının alt növlərinə yoluxma çoxluq təşkil edir:

“İndi daha çox qripə bənzər kataral simptomlar qeyd olunur. İnkubasiya dövrü daha qısadır. Təxminən 1-3 günü əhatə edir. Ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, boğazda qaşıntı və ya ağrı hissi müşahidə olunur.

Bəzən burun axması, ürək bulanma, diareya hallarına da rast gəlinir.  Dad və iybilmənin itməsinə indi o qədər də çox rastlanmır. Uşaqlar arasında özünü daha çox mədə-bağırsaq simptomları və orta bədən hərarəti ilə biruzə verir”. 

Qurumdan bildirilib ki, 65 yaş yuxarı xroniki xəstəliyi olan insanar (şəkərli diabet, idarəolunmayan hipertenziya, immunosupresiv hallar) dializ xəstələri, transplantasiya əməliyyatı olmuş insanlar, onkoloji və hemotoloji xəstələr və hamilələr xəstəliyi daha ağır keçirirlər:

“Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən indiki vəziyyətdədə əhaliyə olan müraciətlər və tövsiyələr risk qruplarında olan insanları əhatə edir.
Qapalı məkanlarda, insanların sıx olduğu yerlərdə maskadan istifadə etmək məsləhət görülür. Məsafənin saxlanılması, əl gigiyenasına nəzarət, üçüncü  buster doza vaksinin vurulması tövsiyə olunur”.

Xatırladaq ki, Azərbaycanda maska tələbi bu ilin may ayının 1-dən ləğv edilmişdi. Nazirlər Kabineti aprelin 22-də belə bir qərar vermişdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin