Uşaqlar dini mərasimlərdə iştirak edə bilərmi? – Mütəxəssislərdən CAVAB 

Hazırda oxunan: Uşaqlar dini mərasimlərdə iştirak edə bilərmi? – Mütəxəssislərdən CAVAB 

87562

Qanunvericiliyə əsasən, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Həmçinin şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz.

Lakin son günlərdə uşaqların dini mərasimlərdə iştirakı mövzusu sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə predmentinə çevrilib. Xüsusilə Aşura günlərində azyaşlıların ağı deməsi, özünə xəsarət yetirərək yas saxlamağa çalışması birmənalı qarşılanmır.
 

MÖVZU İLƏ BAĞLI:

Aşura mərasimindən GÖRÜNTÜLƏR - FOTO


“Uşaqlar dini mərasimlərə yox, məktəblərə göndərilməlidir”, - deyə əksəriyyət çıxış edir. Bəs, dini baxımdan uşaqların dini mərasimlərdə iştirakı necə qarşılanır?

İlahiyyatçı Elşad Mirini Bizim.Media-ya açıqlamasında bildirib ki, aşyaşlıların dini mərasimdə iştirakında heç bir yanlışlıq yoxdur:

“Bu valideynlərin verəcəyi qərardı. Həmin yerlərdə heç bir yaş kateqoriyası qeyd olunmur. İnsanlar hürr iradələri ilə seçim edə və mərasimlərdə iştirak etməkdə azaddırlar”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə bu məsələ çox qarışıq mövzudur və öncəliklə dinlə bağlı aydın konsepsiyanın yaradılmasına ehtiyac var:

“Mən artıq 30 ildir deyirəm ki, dinlə bağlı aydın konsepsiyamız olmalıdır. Biz konkret bilməliyik ki, həmin dini mərasimlərdə nələr keçirilir və necə təşkil olunur. Təəssüf ki, bu məsələlər hələ də diqqətə alınmayıb və müəyyən radikal qüvvələr bu sahəni öz maraqlarına uyğun şəkildə təşkil edirlər.

Xarici ölkələrdəki dini ibadət yerlərini, mərasimləri izləsək, görərik ki, daha çox gənc nəslin iştirakına yer verilib. Çünki gənclər sözügedən yerdə, ab-havada mənəvi olaraq zənginləşir, maarifləndirilirlər.
Bizdə də dini mərasimlər müəyyən konseptə uyğunlaşdırılıb gənclərin də orada rahatlıqla iştirakına zəmin yaradılmalıdır. Yoxsa uşaqlarda dini radikalizm, cəhalət yaranacaqsa təbii ki, onların iştirakına birmənalı şəkildə qadağa qoyulmalıdır”, - deyən Ə.Qəşəmoğlu hazırda bu mövzuda əminliklə cavab verməyin mübahisəli olduğunu vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin