Bizim.Media məlumat verir ki, bu gün səhər saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi birfinqi keçirilib.
Birfinqdə çıxış edən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov səfərbərlikdən tərxis olunan vətəndaşlarla bağlı məsələyə aydınlıq gətirib.
Müdafiə Nazirinin müvfiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmiş vətəndaşların qəbulu və onların müraciətlərinə obyektiv və operativ qaydada baxılması üçün komissiya yaradılmışdır.
Bu komissiya yanvar ayının 11-dən etibarən Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində və Füzuli rayonunda fəliyyət göstərən səyyar qrup şəklində fəaliyyət göstərmişdir.
Bu günə qədər Bakı şəhərində 1751 nəfər, Füzuli rayonunda fəaliyyət göstərən qrup tərəfindən isə 202 vətəndaşımız qəbul edilmiş və müraciətləri istiqamətində müvafiq işlər görülmüşdür.
Vətəndaşların gediş gəlişini təşkil etmək və müraciətlərini cavablandırmaq üçün əlavə iki səyyar komissiya da yaradılması nəzərdə tutulur.
Verilən məlumata əsasən yanvar ayının 18-dən etibarən Pirəkəşkül və Gəncədə yerləşən hərbi hissələrin ərazisində səyyar qruplar fəaliyyət göstərəcklər.
Sabahdan etibarən həftənin bazar günləri istisna olmaqla Respublikanın dörd istiqamətində komissiya fəaliyyətini davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 17.01.2021
Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
Hazırda oxunan: Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
Hazırda oxunan: Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
8753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.