Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkarlandı — ADLAR+FOTOLAR 

Hazırda oxunan: Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkarlandı — ADLAR+FOTOLAR 

87513

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub.

Bizim.Media xəbər verir ki, Səfər Mehdiyev hələ Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sonradan isə sədr vəzifəsində çalışarkən Balkan yarımadası və Alp dağları ətəklərindəki kurort ərazilərdə onlarla daşınmaz əmlak biznesinə milyonlarla sərmayə yatırıb.
 

MÖVZU İLƏ BAĞLI:

YPX əməkdaşı Səfər Mehdiyevin “Galendewagen”ini saxladı, təhqir olundu: “Nə həyasız adamsan?” - VİDEO 


Həmin illərdə Səfər Mehdiyev xüsusilə Avstriya, Sloveniya və Xorvatiyanın turizm bölgələrində otellər və istirahət mərkəzləri satın alıb.


Demokrat.az Səfər Mehdiyevin 2018-2019-cu illərdə Avropa ölkələrində aldığı əmlakların bir neçəsinin adlarını oxuculara təqdim edir:

Səfər Mehdiyev yuxarıda adları qeyd olunan otellərə 2018-2019-cu illərdə sahib olub.

Sabiq komitə rəisinin "Euro Parcs Rosental" otelini 8 milyon avroya, "Bohinj Eco Hotel" otelini isə 12 milyon avroya aldığı deyilir.


Səfər Mehdiyevin Avropada aldığı əmlakları təkcə Avstriya və Sloveniya ilə bitmir, onun İtaliya və Xorvatiyada da daşınmaz əmlaklara sahib olduğu barədə araşdırmalar aparırıq. Bununla bağlı növbəti materialımızda oxuculara məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin