Bu gün səhər saatlarında Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.
Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan beş nəfər mərkəzə gətirilib.
Xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-dən Bakı-Ələt-Qazax magistralında yaralanan şəxslə bağlı AÇIQLAMA
Digər yaralılar - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb, hər birinə müvafiq tibbi yardımlar göstərilib.
Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bizim.Media