Tovuzda bankomat kartından oğurluq edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Tovuzda bankomat kartından oğurluq edən şəxs saxlanıldı - FOTO

87469

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, araşdırmalar zamanı Asim Həsənovun bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4307 manat miqdarında maddi ziyan vurduğu məlum olub. İstintaq zamanı saxlanılan şəxsin 2 fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub.

Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilimir.

Odur ki, həmin şəxsin əməllərindən zərər çəkən vətəndaşların Tovuz rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin